Hikmət Hacıyev və Zakir Həsənov səs verdi - FOTO 

09:25 07.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

 

Hafta.az xəbər verir ki, dövlət və hökumət rəsmiləri də səsvermə hüququndan istifadə edib.

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

 
 

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində səs verib (Foto oxu.az saytına məxsusdur).